Beyləqan cəbhəçiləri Razi Nurullayevi dəstəklədi

Beyləqan cəbhəçiləri Razi Nurullayevi dəstəklədi
  26 Avqust 2015    Oxunub:1969
Əli Kərimlinin AXCP-sinin Beyləqan rayon şöbəsinin iki üzvü Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib.

Bu barədə AzVision.az-a AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Belə ki, Əli Kərimlinin AXCP-sinin Beyləqan Rayon şöbəsinin Nəzarət Təftiş Komitəsinin sədri Əli Zöhrəboğlu və AXCP-nin sabiq Ali Məclis üzvü Valeh Rüstəmov partiyadan istefa verərək fəaliyyətlərini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də davam etdirməklə bağlı qərar veriblər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:



Xəbər lenti