Rusiya Britaniyada SSRİ qədər casus saxlayır

Rusiya Britaniyada SSRİ qədər casus saxlayır
  12 İyun 2013    Oxunub:2281
Üç onillik bundan qabaq KQB yetkilisi Oleq Qordiyevski diplomatik missiya ilə avtomobilin yük yerində SSRİ-dən çıxarılmışdı. O, Moskvanın Londonda keçirəcəyi casus əməliyyatının əsas detallarını Britaniya tərəfinə söyləmişdi.
Hazırda 74 yaşlı Qordiyevski zəhərləndiyini iddia etdiyi beş il əvvəlki hadisədən sonra belini əyərək əsa ilə gəzir. Amma öz vətənini əvvəlki kimi tənqid edir.

Londonda bu həftə ikitərəfli münasibətlərin müzakirəsi üçün Britaniya ilə Rusiya arasında danışıqlar baş tutacaq. Bu fonda Qordiyevskinin xəbərdarlığı qalmaqallı səslənir: Moskva Britaniyada soyuq müharibə dövründə olduğu qədər casus saxlayır. Bu barədə o, “The Guardian”-a açıqlamasında deyib.

Qordiyevskinin sözlərinə görə, kəşfiyyatçıların çoxu Rusiya səfirliyində saxlanılır. Onlar həmçinin ştatda rəsmi qeydiyyatdan keçməyən, onları daim qiymətli məlumatlarla təmin edən informator şəbəkəsinə malikdir. Qordiyevski dəqiq rəqəmləri açıqlayıb: “Hazırda Londonda Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) 37 kəşfiyyatçısı vardır. 14 nəfər isə Baş Kəşfiyyat İdarəsində (BKİ) işləyir. O söyləyib ki, bu məlumatı əlaqədə olduğu insanlardan öyrənib.

Qordiyevskinin sözlərinə görə, Putin kəşfiyyatçıları da DTK-dakı sələfləri kimi eyni rolu oynayırlar. Onlar da məxfi ticarət informasiyasını əldə etməyə çalışır və Kremllə araları soyuduqdan sonra Londona köçən Rusiya dissidentləri və biznesmenlərini nəzarətdə saxlayırlar.

“Mən 80-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsindən qaçan və sağ qalan yeganə kəşfiyyatçıyam”,- deyən Qordiyevski DTK-nı satdığına peşman olmadığını söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti