Nazirlik: Yeni avtobusların hamısı istifadəyə veriləcək

Nazirlik: Yeni avtobusların hamısı istifadəyə veriləcək
  27 Avqust 2015    Oxunub:2419
Bakıda yeni dərs ilinin başlaması ilə əlaqədar yeni sərnişin avtobusları istifadəyə veriləcək.
Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, “Baku Bus” MMC-nin I Avropa Oyunlarında idxal etdiyi avtobusların hamısı xəttə buraxılacaq: “Məktəblərin açılması ilə əlaqədar yaxın günlərdə bütün avtobuslar sərnişinlərin ixtiyarına veriləcək. 302 adda avtobus ilk olaraq Bakının mərkəzində istifadəyə veriləcək. Hazırda son dəqiqləşdirmə işləri aparılır. Həmin avtobuslar əsasən şəhərin mərkəzi hissələrində fəaliyyət göstərəcək. Marşrutların nömrələri ilə bağlı əlavə məlumat veriləcək ”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti