Qonşusuna 17 bıçaq vuraraq öldürdü

Qonşusuna 17 bıçaq vuraraq öldürdü
  27 Avqust 2015    Oxunub:2698
Bakıda qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Səbail Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun APA-ya verdiyi məlumata görə, hadisə Badamdar yolu, ev 105 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.

V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Teqlər:  



Xəbər lenti