Qonşusuna 17 bıçaq vuraraq öldürdü
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.
V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.







Vaxtında, Aydın, Lazımlı!


