Yarım milyonu oğurlayanların biri də tutuldu

  27 Avqust 2015    Oxunub : 1347
Yarım milyonu oğurlayanların biri də tutuldu
Bakıda şirkətdən külli miqdarda pul oğurlayan qrupun digər üzvü tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunan Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.

Teqlər: