Gənclər Əli Kərimliyə belə etiraz etdi - FOTO

Gənclər Əli Kərimliyə belə etiraz etdi - FOTO
  27 Avqust 2015    Oxunub:2424
AXCP Suraxanı Gənclər Komitəsinin üzvləri Hüseyin Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, Razi Nurullayevin yeni yaratdığı AXCP-yə qoşulduqlarını bəyan ediblər.
AzVision.az Mediaxeberleri.az-a istinadən xəbər verir ki, üzərində "Əli Kərimli biz sizə yox "deyirik, "Razi bəy biz sizi dəstəkləyirik" və "Gənclərlə irəli gedəcəyik" yazılmış plakatlar tutublar.

Gənclər öz bəyanatlarında bildiriblər ki, partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşiblər:

`Partiyada hökm sürən avtoritarizm, gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etmadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq`.


Teqlər:



Xəbər lenti