PKK Naxçıvanla sərhəddə polisləri güllələdi

PKK Naxçıvanla sərhəddə polisləri güllələdi
  27 Avqust 2015    Oxunub:2890
PKK silahlıları Türkiyənin İğdır bölgəsinin Naxçıvanla sərhəddə yerləşən Dilucu sərhəd buraxılış məntəqəsində polisləri aparan maşına silahlı hücum edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Əraziyə xeyli sayda hərbçi, polis dəstələri cəlb olunub. PKK üzvlərini ələ keçirmək üçün əməliyyatlar davam edir.

Yaralı polislər İğdır Dövlət Xəstəxanasına aparılıb.

Aysel Əliyeva


Teqlər:  



Xəbər lenti