Kosovonun müstəqilliyini yüzüncü ölkə tanıdı

Kosovonun müstəqilliyini yüzüncü ölkə tanıdı
  12 İyun 2013    Oxunub:1431
Yəmən Kosovonun müstəqilliyini tanıyan yüzüncü ölkə oldu.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, bu barədə Kosovonun xarici işlər naziri Ənvər Hocay Twitter səhifəsində yazıb. “Mən Kosovonun müstəqilliyini rəsmi olaraq tanıyan Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Kirbi ilə danışdım.” – Hocay vurğulayıb.

Kosovo 2008-ci ilin fevralında Serbiyadan ayrılaraq müstəqiliyini elan edib. 2010-cu ilin iyulunda BMT-nin Haaqadakı beynəlxalq məhkəməsi bildirmişdi ki, Kosovonun müstəqilliyi beynəlxalq hüquq normalarına zidd deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti