Elmar Məmmədyarov yeni səfirlə görüşdü

Elmar Məmmədyarov yeni səfirlə görüşdü
  27 Avqust 2015    Oxunub:1534
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunan səfiri Qennadiy Axramoviçi qəbul edib.
XİN mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Qennadiy Axramoviç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Qennadiy Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Q.Axramoviç bu vəzifədə 9 il çalışmış Nikolay Patskeviçi əvəz edəcək.


Teqlər:



Xəbər lenti