Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq
  27 Avqust 2015    Oxunub:1140
Avqustun 28-də Qazax magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq.
SOCAR-dan AzVision.az - a verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” (Nəbiağalı), `Zazalı` və `Ağasıbəyli` qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Samux rayonunun Nəbiağalı, Zazalı və Ağasıbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


Teqlər:





Xəbər lenti