Nazir vətəndaşlarla görüşdü

Nazir vətəndaşlarla görüşdü
  27 Avqust 2015    Oxunub:1245
Təhsil naziri Mikayıl Cabbarov Sumqayıtda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, qəbulda 120-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər həllini tapıb.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.


Teqlər:



Xəbər lenti