Apteklərdə bəzi dərmanlar niyə yoxa çıxıb?
Ans-in əməkdaşının Bakıda fəaliyyət göstərən apteklərdəki əczaçılarla söhbəti zamanı məlum olub ki, əslində həmin dərmanlar heç də yoxa çıxmayıb.
Dərman vasitələrinin tapılmamasının səbəbi dərmanlara yeni qiymətlərin müəyyən edilməsidir. Belə ki, yeni qaydaların tətbiqi üçün dərmanlar firmalara qaytarılıb.
Əczaçıların sözlərinə görə, xüsusi dərmanlar da var ki, onların idxalı dayandırılıb. Bura ən çox psixatrop maddəli dərmanlar daxildir. Həkim resepti olmadan apteklərdən dərman vasitələrini almaq istəyən alıcılara isə belə dərmanlar verilməyəcək. Yalnız baş və sahə həkimlərinin imzaları və ştampları olan reseptlər təqdim olunduqdan sonra xüsusi dərmanlar alıcılara satılacaq.
Paytaxt sakinləri də apteklərdə dərmanların tapılmamasından narazıdır. Sakinlərin sözlərinə görə, apteklər arasında dərman vasitələrinin qiymətlərində hələ də fərq var. Hələlik isə bir dərman şəhər apteklərində müxtəlif qiymətlərə satılır.







Vaxtında, Aydın, Lazımlı!


