`Qarabağ` qrup mərhələsində - Möhtəşəm qələbə

Təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxıb.
Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab görüşündə də qələbə qazanıb - 3:0. Bununla da Ağdam klubu tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində vəsiqə qazanıb.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən mövsüm də Avroliqanın qrup mərhələsində oynamaq hüququ əldə etmişdi.