Ərdoğan aksiyalarla bağlı 20 nəfəri qəbul edəcək

Ərdoğan aksiyalarla bağlı 20 nəfəri qəbul edəcək
  12 İyun 2013    Oxunub:1025
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Gəzi Parkı aksiyaları ilə bağlı 20 nəfərlik heyəti qəbul edəcək.
AzVision.az xəbər verir ki, görüşdən sonra baş nazir sənətçilər Necati Şaşmaz, Hasan Kaçan və Gökhan Özoğuz ilə Ədalət Və Inkişaf Partiyasının qərargahında bir araya gələcək.

Sabah isə Partiyanın bələdiyyə başçıları ilə bir araya gələcək Ərdoğanın aktrisa və müğənni Hülya Avşarı da qəbul edəcəyi gözlənilir. Sənətçilərlə görüşlərdə də Gəzi Parkı etirazlarının müzakirəsi nəzərdə tutulur.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti