`Qarabağ` və `Qəbələ`nin mümkün rəqibləri – SİYAHI

  28 Avqust 2015    Oxunub : 7348
`Qarabağ` və `Qəbələ`nin mümkün rəqibləri – SİYAHI
Bu gün Bakı vaxtı ilə saat 16:00-da Monakoda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində ilk dəfə iki Azərbaycan klubu iştirak edəcək.
AzVision.az xəbər verir ki, olan `Qarabağ` və `Qəbələ` komandaları sonuncu – 4-cü səbətdə yer alacaq.

`Qarabağ` və `Qəbələ`nin potensial rəqiblərini təqdim edir:

1-ci səbət: Şalke, Borussiya Dortmund (hər ikisi Almaniya); Vilyarreal, Atletik Bilbao (hər ikisi İspaniya); Bazel (İsveçrə); Napoli (İtaliya); Tottenhem (İngiltərə); Ayaks (Hollandiya); Rubin (Rusiya); Sportinq Lissabon (Portuqaliya); Marsel (Fransa); Dnepr (Ukrayna)

2-ci səbət: Braqa (Portuqaliya); Fiorentina, Napoli (hər ikisi İtaliya); Anderlext, Brügge (Belçika); Liverpul (İngiltərə); Alkmaar (Hollandiya); Viktoriya Plzen (Çexiya); PAOK (Yunanıstan); Seltik (Şotlandiya); Beşiktaş (Türkiyə); APOEL (Cənubi Kipr)

3-cü səbət: Monako, Bordo, Sent-Etyen (hamısı Fransa); Sparta Praqa, Slovan Liberets (hər ikisi Çexiya); Fenerbahçe (Türkiyə); Legiya, Lex (hər ikisi Polşa); Lokomotiv Moskva, Krasnodar (hər ikisi Rusiya); Auqsburq (Almaniya); Rapid Vyana (Av striya)

4-cü səbət: QARABAĞ, QƏBƏLƏ (hər ikisi AZƏRBAYCAN); Asteras Tripolis (Yunanıstan); Rusenborq, Mölde (hər ikisi Norveç); Dinamo Minsk (Belarus); Qroningen (Hollandiya); Sion (İsveçrə); Midtülland (Danimarka); Skenderbeu (Albaniya); Belenenseş (Portuqaliya)/Altax (Asvtriya)

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: