Deputat nazir oğlu haqqında xoş sözlər söylədi: `Millət vəkili seçilərsə...`

Deputat nazir oğlu haqqında xoş sözlər söylədi: `Millət vəkili seçilərsə...`
  28 Avqust 2015    Oxunub:4814
“Tale Heydərovun üstün cəhətlərindən bir budur ki, o gördüyü işi heç vaxt reklam etmir”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Millət vəkili ötən gün Yunanıstanın “Panatinaikos” klubunu məğlub etməklə tarix yazan “Qəbələ” futbol kulubunun uğurlarından söhbət açaraq bildirib ki, həmin uğurların arxasında sözü gedən klubun rəhbəri Tale Heydərov dayanır.

Deputatın sözlərinə görə klub rəhbəri T. Heydərov öz üzərinə düşən işi layiqincə yerinə yetirir: “Dünən qazandıqları qələbələr münasibəti “Qəbələ“ və “Qarabağ” klubların oyunçuları, rəhbərləri və bütün azarkeşlərini təbrik edirəm. Tale Heydərov hələ Avropada tələbə olarkən diaspora hərəkatında çox müstəsna xidmətlər həyata keçirib. Bütün Avropada Azərbaycan gənclərini ətrafına toplayıb. Beləliklə Azərbaycanımızın Avropada tanıdılmasında, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasında onun böyük rolu var. Xüsusi ilə də erməni lobbiçilərinin diasporuna qarşı aparılan mübarizədə Tale Heydərovun göstərdiyi uğurlu fəaliyyət danılmazdır. Onun ən üstün cəhətlərindən bir də budur ki, o gördüyü işi heç vaxt reklam etmir. Başını aşağı salıb bir azərbaycanlı kimi özü üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”.

F.Ağamalı hesab edir ki, nazir oğlu gənc olmasına baxmayaraq, çox nailiyyətlərə imza atıb.

“Eyni zamanda o futbol sahəsində də o çox uğurlar qazanıb. Tale Heydərov “Qəbələ” futbol klubuna rəhbərlik edəndən bəri orada sözün əsil mənasıda yaxşı vəziyyət hökm sürür. Tale Heydərovun yüksək dərəcədə təşkilatçılıq qabiyyyəti var. Əminəm ki, o, bundan sonra da Azərbaycan dövlətçiliyinə yüksək töfhələr verəcək. O, bizim istedadlı gənclərimizdən biridir”.

Millət vəkili həmçinin Tale Heydərov kimi Azərbaycan gənclərinin də bu il ölkədə keçiriləcək parlament seçkilərində də təmsil olunmaları məsələsinə də münasibət bildirib. “Hər zaman gənclərimiz parlament seçikilərində fəal şəkildə iştirak ediblər. Həmin gənclərimizin bəziləri Milli Məclisin deputatı seçildilər. Azərbaycanın siyasi proseslərində və ölkələrimizin idarəçiliyində mühüm yer tutan gənclərimizin qarşıdan gələn və ya sonrakı parlament seçkilərində də iştirak edəcəklərinə qətiyyən şübhə etmirəm. Seçilərdə iştirak etmək də təbii ki onların seçimidir. Sizin və bizim bu haqda fikir söyləməyimiz artıq olardı. Hər kəs özü öz yolunu müəyyənləşdirir. Və buna uyğun da addımlar atır. Hər halda bütün gənclərimizə eyni zamanda Tale Heydərova da öz fəaliyyətində və seçimlərində uğurlar arzu edirəm. Mən onun parlamentdə təmsil olunmağı ilə bağlı heç nə deyə bilmərəm. Sadəcə olaraq çox sevdiyim Azərbacanlı gəncimiz Tale Heydərova qarşı olan öz xoş arzularımı ifadə etdim”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti