DİN Bakıdakı atışma ilə bağlı məlumat yaydı

DİN Bakıdakı atışma ilə bağlı məlumat yaydı
  28 Avqust 2015    Oxunub:2553
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az -nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti