Azərbaycanlıların Peterburqdakı kütləvi davası
Onlarla insanın iştirak etdiyi dava dünən 19:30 radələrində Dmitrov küçəsindəki “Çistıye prudı” kafesinin ətrafında baş verib. Bir qədər sonra isə soyuq və travmatik silah səsləri eşidilib.
Şəhər küçələrində yüksək sürətlə biri-birini təqib edən dava iştirakçıları səki kənarına park edilmiş avtomobillərə xəsarət yetirib. Etiraz edən maşın sahibləri isə döyülüb.
Davadan təxminən 45 dəqiqə sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Peterburq polisinin verdiyi məlumata görə, silahlı insident nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib, Tağıyev Səməndər, Tağıyev Bəhruz, Atakişnev Mirqus, Allahverdiyev Zəfər, Məmmədov Elvin isə yaralanıb.
İlkin məlumata görə, insidentə səbəb tərəflər arasındakı biznes əlaqələri olub. Saxlanılan 15 nəfərin ifadəsi alınıb, münaqişədə milli zəmin amili istisna edilir.