Dövlət televiziyası bağlanır

Dövlət televiziyası bağlanır
  12 İyun 2013    Oxunub:953
İqtisadi böhran Yunanıstan hökumətini dövlət televiziyasını bağlamağa məcbur etdi.
AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, Yunanıstanda jurnalistlərin əmək haqlarının verilməsində problemlər yaranıb. Elə bu səbəbdən də hökumət dövlət televiziyasını bağlamağa qərar veib. Qərardan dərhal sonra isə telekanal əməkdaşlarına binanı tərk etmək barədə əmr verilib. Buna baxmayaraq əməkdaşlar binanı tərk etməkdən imtina edirlər.

Qərarla razılaşmayan jurnalistlər həmkarlar ittifaqlarını birgə tətilə, onlara dəstək verməyə çağırıblar.Vəziyyətin daha da gərginləşəcəyini anlayan hökumət bundan sonra televiziyanın işçilərinə təzminat ödəməyə və onları yeni iş yerləri ilə təmin etməyə söz verib.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti