Nazir Qəbələdə vətəndaşlarla görüşüb

Nazir Qəbələdə vətəndaşlarla görüşüb
  28 Avqust 2015    Oxunub:1404
Bu gün Qəbələ rayon Mədəniyyət Mərkəzində nəqliyyat naziri Ziya Məmmədov vətəndaşları qəbul edib.
Nəqliyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, dağ çayları üzərində körpülərin salınması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Z.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə Nazirliyin əlaqədar struktur rəhbərlərinə göstərişlər verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti