Stress saç ağardır

Stress saç ağardır
  12 İyun 2013    Oxunub:1972
ABŞ alimləri müəyyən ediblər ki, stress yaşamaq insanın saçlarının rəngini dəyişdirir, daha doğrusu onun ağarmasına səbəb olur. Tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, tədqiqatçılara görə, insanda stress hormonları baş qaldırdıqda saça rəng verən hüceyrələr yox olur. Bu halda, həmin “rəngli” hüceyrələr geri qayıtmır və saçların həmişəlik ağarmasına səbəb olur.

ABŞ alimləri bunu siçanların üzərində sınaqdan keçiriblər və nəticədə insanın stresdən ağaran saçlarına bənzər mənzərə ilə rastlaşıblar. Məlum olub ki, insan stresə məruz qaldıqda, günəşdən qoruyan qara piqment – melanin ifraz edən hüceyrə stresi azaltmaq üçün saçlardan dəriyə keçir.

Tədqiqatçılar bildiriblər ki, insanın dərisində yaranan piqmentasiya hadisəsi də məhz stresin nəticəsində baş verir. Saçların ağarmağa başlaması 25 yaşdan sonra başlayır. Spirtli içki və siqaret isə bu prosesi daha da sürətləndirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti