Rusiyada qalmaqallı qanun layihəsi qəbul edildi

Rusiyada qalmaqallı qanun layihəsi qəbul edildi
  12 İyun 2013    Oxunub:1220
Duma uşaqların eynicinsli təbliğatdan qorunması ilə bağlı qanun layihəsi qəbul edib.
Qanunverici orqanda sənədə bir nəfər əleyhinə olmaqla 407 deputat səs verib. Bir nəfər bitərəf qalıb. Qanun prezident Vladimir Putinin imzasından sonra qüvvəyə minəcək.

Artıq qanunun tərəfdarları və əleyhdarları parlamentin binası önüə toplaşıb. Aksiyaya müdaxilə edən polis bəzi radikal mitinqçiləri həbs etmək məcburiyyətində qalıb.

Onlara 15 gün həbs və 4 min rubl cərimə cəzası verilib. Etirazçılar isə iddia edir ki, qanunda əksini tapan bir sıra maddələr insan azadlıqlarını məhdudlaşdırır. Etirazçıların sözlərinə görə hər bir uşağın gələcəyini özü seçmək hüququ var.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti