Qəribə adətlər: bəy toy gecəsi qaynanası ilə...

  31 Avqust 2015    Oxunub : 23156
Qəribə adətlər: bəy toy gecəsi qaynanası ilə...
Hər ölkənin özünəməxsus toy adətləri var. Bu adətlər müxtəlifdir.

Məsələn, Afrikanın bəzi bölgələrində bəy evi qızı ailəsindən istədikdən sonra gəlinə pul və fıstıq verilir. Gəlin fıstığı bəylə bölüşür.

Çexiyanın da qəribə toy adətləri var. Belə ki, çex toyunda gəlinlə bəy toy məclisinin təşkil olunduğu salona girərkən ayaqlarının altında boşqab qırılır. Bundan sonra boşqab qırıqları gəlin və bəy tərəfindən süpürülür.

Mərakeşdə toylar adətə görə 7 gün çəkir. İlk gün gəlin süd vannası qəbul edir, daha sonra əllərinə və ayaqlarına xına qoyur. Toyda gəlinin paltarını tez-tez dəyişməsi lazımdır.

Alman gəlinləri toyda duvaq yerinə qızıl zinyət əşyası və çiçəklərlə bəzədilmiş tac taxır. Toyun sonunda çütlük ağac kötüyünü mişarla kəsir. Bu da onların rastlaşdıqları problemləri birlikdə həll edəcəklərinə işarədir.



Şotlandiyada gəlin toyundan bir gün qabaqdan küçəyə çıxarılır. Yumurta, pomidorla bir-birinə qatılmış maddələr gəlinin başından aşağı axıdılır. Bundan sonra gəlin bütün şəhər boyu gəzdirilir.

Türkmənistanda yüz illərdir ki, davam edən toy adəti bu gün də yaşadılır. 3 gün davam edən toyların birinci günü “yalan çelpek”, ikinci günü “çın çelpek” adlandırılır. Toy evinə gələn qadınlar çəlpək deyilən yuxa açırlar və sacda qovururlar. Türkmən gəlinlərinin toyda geyindiyi gəlinlik və qızılın ağırlığı təxminən gəlinin öz çəkisinə yaxınlaşır. Tək gəlinin taxdığı bəzək əşyalarının ağırlığı 36 kiloqrama çatır.
Bolqarıstanda isə oğlan sevdiyi qızı ailəsindən istəmək üçün qızın evinə gedir. Elçi gedən bəy “rakia” deyilən ev viskisi və “zdravet” adı verilən yaşıl çiçəklərdən kiçik bir buket aparır.

Çində isə ailələr astroloji bilgilər əsasında qurulur. Belə ki, çütlüyün valideynləri astroloqlarla görüşür və onların qoyduğu vaxtda evlənirlər. Toydan əvvəl bəy evlilik yatağını hazırlayır və onun üstünə portağal, fıstıq və müxtəlif meyvələr düzür.

Finlandiyanın da öz toy adətləri mövcuddur. Belə ki, fin gəlinləri toylarında əl işi olan tac taxırlar. Mərasimdən sonra subay qızlar gəlinin ətrafında toplanırlar. Gəlin isə onlardan birini seçir və başındakı tacını ona verir. İnanca görə seçilən qız gəlindən sonra ərə gedir.

Fransada gəlin köhnə sevgililərindən və xatirələrindən yaxa qurtarmaq üçün uzunmüddətli vanna qəbul edir. Bundan sonra bəy onu evindən götürərək kilsəyə aparır. Xüsusən kiçik şəhərlərdə uşaqlar əllərində ağ güllərlə gəlin və bəyi qarşılayırlar.

Fransada ən qəribə adətlərdən biri də gəlin və bəyin evlilik günlərində istifadə olunan və nəsildən-nəslə ötürülən evlilik qabından şərab içməsidir.



Hind toyları 3 hissədən ibarətdir. Birinci hissə toy hazırlıqları və toy günündən əvvəl hazırlanan şənlikdən ibarət olur. Şənliklər bəyin yaxınlarının bir-birinə qaynayıb-qarışması üçün təşkil olunur.

İkinci hissə toy günüdür. Toyda bəy qaynanası tərəfindən qarşılanır, bəyin ayaqları yuyulur və daha sonra bal və süd təklif olunur. Bəy gəlinin paltarına görə məsuliyyət daşıyır. Gəlin ağ gəlinlik əvəzinə “sari”deyilən paltar geyinir. Gəlinlə-bəy toy yerində müqəddəs hesab olunan odun ətrafında 4 dəfə fırlanırlar və əyləşəcəkləri masaya doğru qaçmağa başlayırlar.

Belçikada ən vacib adətlərdən biri əl dəsmalına ad yazmaqdır. Gəlinin ailəsində qızın adının işlənmiş olduğu əl dəsmalı hazırlanır və bu dəsmal toya dəvət olunan qonaqlara göstərilir.

Kolumbiyada gəlinin anası gərdəyə girən cütlüyün yatağının kənarında oturaraq ilk anlara şahidlik edir.

Tayvanda gəlinin bəkarətini bəyin qohumları pozur. Səbəb kimi bəyin belə işlərlə vaxtını itirməməsi göstərilir.

İsveçdə isə qonaqlar gəlin və bəyi öpürlər. Əgər gəlin ayaqyoluna gedərsə, bütün qadın qonaqlar bəyi öpmək üçün sıraya düzülürlər. Əgər bəy ortalıqda görünmürsə, bu zaman kişi qonaqlar gəlini opmək üçün sıraya düzülürlər.

Gültəkin Ələsgər

Teqlər: