Jurnalistə təzyiq edən polislər işdən çıxarıldı

Jurnalistə təzyiq edən polislər işdən çıxarıldı
  12 İyun 2013    Oxunub:1238
RATİ-nin əməkdaşına təzyiq göstərən polis əməkdaşları işdən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Post Patrul Xidmətinin iki polis nəfəri jurnalistə qarşı kobud rəftar etdiyinə görə işdən azad edilib. Araşdırmalar zamanı məlum olub ki, polislər aksiya zamanı jurnalistlə kobud rəftar ediblər və bu səbəbdən işdən çıxarılıblar.

Qeyd edək ki, Türkiyədə Gezi parkının sökülməsinə qarşı başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən RATİ əməkdaşı Rasim Əliyev polis nəfərlərinin təzyiqinə məruz qalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti