Milli Məclisdən jurnalistlərə xəbərdarlıq

Milli Məclisdən jurnalistlərə xəbərdarlıq
  31 Avqust 2015    Oxunub:2276
Sentyabrın 15-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-da isə ilk plenar iclas keçiriləcək. Hər sessiyada olduğu kimi, bu dəfə də Milli Məclisin iclaslarını yaxından izləmək üçün KİV əməkdaşları qurumda akreditasiyadam keçməlidirlər.

AzVision.az xəbər verir ki, Milli Məclisin payız sessiyasında akreditə olunmaq üçün media qurumları tərəfindən parlamentə müraciətlər daxil olur.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, akkreditasiya prosesi hazırda davam edir.

“Sentybarın 15-dək jurnalistlərin akkreditasiya ilə bağlı müraciət məktubları qəbul olunacaq”.

Akif Təvəkküloğlu qeyd edib ki, yalnız ondan sonra akkreditasiya ilə bağlı müraciət edən jrunalistlərin məktublarına baxılacaq.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti