İlham Əliyev Türkiyənin baş prokuroruyla görüşüb

İlham Əliyev Türkiyənin baş prokuroruyla görüşüb
  12 İyun 2013    Oxunub:1183
İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının baş prokuroru Hesen Erbili qəbul edib. Cənab Hesen Erbil Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Türkiyə Respublikasının baş prokuroru Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Dövlətimizin başçısı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.


Teqlər:  





Xəbər lenti