Köhnə kartların vaxtı bitdi, metroda sıxlıq yaşandı

  01 Sentyabr 2015    Oxunub : 2805
Köhnə kartların vaxtı bitdi, metroda sıxlıq yaşandı
Bu gündən etibarən metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, sərnişinlər əvvəldən yüklənmiş gediş haqqından yalnız sentyabrın 30-na kimi istifadə edə biləcəklər.

Köhnə kartların istifadəsinin dayandırılması metro stansiyalarında sıxlığa səbəb olub. Sıxlıq `20 Yanvar`, `Neftçilər`, `Elmlər Akademiyası`, İnşaatçılar` və digər stansiyalarında hiss olunub.

Hazırda köhnə metro kartları olan sərnişinlər girov dəyəri və gediş haqqını “Bakıkart”a transfer edə bilərlər. 30.09.2015-ci il tarixədək metropolitendə “METRO KART” və “BakıKART»ın birgə istifadəsi həyata keçiriləcəkdir. 30.09.2015-ci il tarixindən etibarən “METRO KART»ın istifadəsi dayandırılacaqdır.

Qeyd edək ki, “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus olan marşrutların Bakı şəhərindəki dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək olar. “BakıKART” (Plastik kart)-ın satış qiyməti 2 (iki) manatdır. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda “Bakı KART”ın balansının artırılması mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

BakıKART Məhdud istifadə üçün” kartın satış qiyməti 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərimizin qonaqları və şəhər sakinləri üçün nəzərdə tutulub.
Nəzərə alınmalıdır ki, hər iki növ kart heç bir halda geri qaytarılmır.

Anar Kəlbiyev

Teqlər: