Bakıda doğuş zamanı ana və uşaq ölüb

Bakıda doğuş zamanı ana və uşaq ölüb
  01 Sentyabr 2015    Oxunub:2650
Bakıda doğuş zamanı ana və uşaq ölümü baş verib.
Hadisə 1 saylı Klinik Xəstəxanada qeydə alınıb. Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Ziyad qızı Mütəllimova avqustun 28-də Şəhər 1 saylı Klinik xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Uşaq əməliyyatdan bir neçə dəqiqə sonra, ana isə üç gün sonra dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ölüm faktı nazirliyin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır.

Nazirlikdən həmçinin bildirilib ki, Səbinə Mütəllimovada ürək qüsuru olub: “Həkimlər əvvəlcədən anaya xəbərdarlıq ediblər ki, hamiləlik əks göstərişdir, belə olan halda doğuşa icazə verilmir”.(Apa)


Teqlər:





Xəbər lenti