Nazirliyə 1 ayda 9 min müraciət edilib

Nazirliyə 1 ayda 9 min müraciət edilib
  02 Sentyabr 2015    Oxunub:1917
Bir ay ərzində nazirliyin “Qaynar xətt”inə 8,9 minə yaxın müraciət daxil olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 142 - Çağrı mərkəzi tərəfindən avqust ayında 8897 müraciət cavablandırılıb.

Müraciətlərin 3702-i sosial təminat, 2104-ü əmək qanunvericiliyi, 1433-ü elektron xidmətlərindən istifadə, 943-ü tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i məşğulluq məsələlərinə aid olub.

Avqust ayında daxil olan müraciətlərin sayı əvvəlki iyul ayı ilə müqayisədə 8,4 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb. Bu da nazirliyin e-xidmətlərindən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.


Teqlər:





Xəbər lenti