Poroşenko dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı

Poroşenko dünyanı Rusiyaya qarşı birləşməyə çağırdı
  02 Sentyabr 2015    Oxunub:2079
Ukrayna prezidenti Pyotr Poroşenko dünya birliyini Rusiyaya qarşı birgə mübarizəyə səsləyib. AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Poroşenko İkinci Dünya müharibəsinin bitməsinin 70 illiyi ilə əlaqədar Ukrayna və dünya xalqlarına ünvanlandığı müraciətində bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Krımla bağlı məsələdə Rusiya beynəlxalq hüququ həyasızcasına tapdalayıb. Bundan əlavə, Ukrayna prezidenti ölkənin cənub-şərqində baş verənlərə görə də Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb.

Bununla əlaqədar Poroşenko azad dünyanın bütün xalqlarını bir cəbhədə birləşməyə səsləyib. Onun sözlərinə görə, hazırda Ukrayna dünya və Avropa liderlərinin əksəriyyətindən bu dəstəyi hiss edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti