`Ölkənin gələcəyi çoxpartiyalı sistemdədir` - Qüdrət Həsənquliyev

`Ölkənin gələcəyi çoxpartiyalı sistemdədir` - Qüdrət Həsənquliyev
  03 Sentyabr 2015    Oxunub:1604
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev cebhe.info-ya deyib ki, partiya üzvlərinin seçkilərdə fəal iştirakı önəmlidir. Həsənquliyev BAXCP-nin Azərbaycanda əsaslı Konstitusiya islahatları təşəbbüsü ilə çıxış edən yeganə siyasi partiya olduğunu xatırladıb.

Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini deyən BAXCP sədri bildirib ki, bunun üçün ilk növbədə parlamentin funksiyaları artırılmalı, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçkilərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməli, məhkəmə hakimiyyətinin tam müstəqilliyi hüquqi mexanizmlərlə təmin olunmalıdır.


Teqlər:





Xəbər lenti