Leninin teleqramı Londonda satıldı

Leninin teleqramı Londonda satıldı
  12 İyun 2013    Oxunub:1753
Leninin teleqramı onun İsveçrədən Rusiyaya qayıdışını xəbər verib.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Leninin onun İsveçrədən Rusiyaya qayıdışını xəbər verən teleqramı Londonda “Christie`s” hərrac evində 49 min 875 funt sterlinqə satılıb.

Teleqram 1917-ci ilin aprelin 6-da İsveçrənin paytaxtı Berndən fransız sosialisti Anri Jilboya fransız dilində ünvanlanıb: “Biz sabah Almaniyaya gedirik. Zəhmət olmasa təcili gəlin. Xərcləri biz ödəyəcəyik. Əgər razı olsa, Romen Rolanı da özünüzlə gətirin.”

AzVision.az


Teqlər:





Xəbər lenti