Şəkidən zəlzələ ilə bağlı daha bir açıqlama - Yenilənib (FOTOLAR)

Şəkidən zəlzələ ilə bağlı daha bir açıqlama - Yenilənib (FOTOLAR)
  04 Sentyabr 2015    Oxunub:8009
“Şəkidəki zəlzələ ilə bağlı hazırda araşdırma aparılır. Dağıntı olmasa da evlərdə xırda çatlar yaranıb”.
Bu barədə AzVision.az-a Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra başçısının köməkçisi Ziya Vəliyev bildirib ki, rayon ərazisidnə deyilən kimi 6 bal yox, 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

“Hazırda iş başındaydıq. Binada titrəyiş oldu. 6 mərtəbəli binadır. Titrəyişdən sonra binanı gəzdik. Elə bir dağıntı olmasa da xırda çatlar yaranıb”.

***

Şəkinin deputatı Əli Məsimli AzVision.az-a açıqlamasında bildirib ki, rayon ərazisində baş verən zəlzələ mərkəzdə ciddi dağıntılara səbəb olmayıb.

`Müəyyən evlərdə çatlar əmələ gəlib, hazırda zəlzələ ilə bağlı araşdırma aparılır. Ciddi dağıntı yoxdur`.





****
Bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində baş verən zəlzələ rayona ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən ilkin məlumata görə, yeraltı təkanlar nəticəsində rayonun Turan qəsəbəsi, Aşağı Daşağıl, Cəyirli, Qozlubulaq, Qaratorpaq, Bolludərə, Oxud, Əliyar, Qayabaşı, Sarıca və ətrafda yerləşən digər kəndlərində vətəndaşlara məxsus fərdi evlərin və bəzi sosial təyinatlı obyektlərin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda Şəki şəhərinin yuxarı hissəsində də bir neçə qədim evin divarlarına müəyyən dərəcədə ziyan dəyib.

Tələfat yoxdur.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyası yerli icra qurumları ilə birlikdə yerlərdə dəqiqləşmələr aparır.

Gültəkin Ələsgər
Anar Kəlbiyev



Teqlər:  



Xəbər lenti