Əhaliyə zəlzələ xəbərdarlığı edildi

Əhaliyə zəlzələ xəbərdarlığı edildi
  04 Sentyabr 2015    Oxunub:5292
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
Mərkəzdən Azvision.az-a verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur. Qeyd edilib ki, zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir:

`Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir. Baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər`.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti