Oğuzda yenidən zəlzələ oldu

Oğuzda yenidən zəlzələ oldu
  04 Sentyabr 2015    Oxunub:2481
Bu gün Oğuz rayonunda ikinci dəfə zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az - a verilən məlumata görə, 20 km dərinlikdə maqnitudası 3.3 olan zəlzələ saat 14:38-də Şəkidən 27 km cənub-şərqdə Oğuz ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün saat 09:55-də də Şəkidən 23 km cənub-şərqdə Oğuz ərazisində zəlzələ qeyd alınıb. Maqnitudası 3.0 olan, 20 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.


Teqlər:  



Xəbər lenti