Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri həlak olub
  04 Sentyabr 2015    Oxunub:4524
Bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub. Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti