Aytac Babayevanın qatilindən yeni xəbər

Aytac Babayevanın qatilindən yeni xəbər
  04 Sentyabr 2015    Oxunub:8955
Sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin olunan məhkəmə iclası təxirə düşüb.
AzVision.az-ın məlumatına görə, təqsirləndirilən şəxs İzzət Hüseynovun vəkili məhkəmədə iştirak edə bilmədiyinə görə məhkəmə təxirə düşüb.

Məhkəmə baxış iclası sentyabr ayının 11-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə iclası hakim Ramella Nəsrullayevanın sədrliyi ilə keçirilir.

Xatırladaq ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti