Türklər Gezi parkı üçün referenduma gedəcək

Türklər Gezi parkı üçün referenduma gedəcək
  13 İyun 2013    Oxunub:1279
Hakim Ədalət və İnkişaf partiyasının sədr müavini Hüseyn Çelik baş nazir Rəcəb Tayyip Ərdoğanın Gezi parkı heyətilə görüşündən sonra verdiyi açıqlamada parkla bağlı layihənin referenduma çıxarıla biləcəyini deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beş saata yaxın davam edən danışıqları şərh edən partiya sözçüsü Hüseyn Çəlik : "Onları dinlədik. Bu görüşdən sonra gənclərin meydanı boşaldacaqlarına inanıram".

Çəlik Ərdoğanın zorakılığa yol verən polislərin cəzasız qalmayacağını söylədiyini də diqqətə çatdırıb. Sözçü Gezi parkı layihəsinin bəzi yazıçı və ziyalılar tərəfindən etirazla qarşılanmasını şərh edərkən : “Biz bu tələbi o qədər də məqsədəuyğyn hesab etmirik. Ancaq baş nazirimiz də madam xalqın nə istədiyini öyrənmək istəyirik, o zaman bunu referendum yolu ilə müəyyənləşdirə bilərik”.


Teqlər:  





Xəbər lenti