Zəlzələ ilə əlaqədar sığorta şirkətlərinə müraciətlər edilir

Zəlzələ ilə əlaqədar sığorta şirkətlərinə müraciətlər edilir
  05 Sentyabr 2015    Oxunub:1636
Bu gün səhər saatlarında Şəki rayonunda baş vermiş zəlzələnin fəsadları ilə əlaqədar Azərbaycanın sığorta şirkətlərinə müraciətlər daxil olmağa başlayıb.
"Atəşgah Sığorta"dan verilən məlumata görə, indiyədək şirkətə yeraltı təkanların hiss edildiyi Ağdaş rayonundan iki müraciət daxil olub. Zəlzələ nəticəsində evlərin divarlarında çatlar əmələ gəlib və bu rayonda əmlaklarını sığortalayan sakinlər kompensasiya üçün sığorta şirkətinə müraciət edirlər.

Şirkətdən deyiblər: "Bu faktlarla əlaqədar şirkətimizin əməkdaşları zərərin qiymətlərindirilməsi üçün yerlərə gediblər. Onlar yerlərdə ilkin qiymətləndirməni aparıblar və bir neçə gündən sonra artıq təfərrüatlar məlum olacaq".

AXA MBASK sığorta şirkətinə isə Şəki rayonunun sakinlərindən 4 müraciət daxil olub. Şirkətdən bildiriblər: "Əməkdaşlarımız zəlzələnin fəsadları ilə tanış olmaq üçün hadisə yerində olublar. Ciddi dağıntı yoxdur, lakin evlərin divarlarında çatlar yaranıb. Təfərrüatlar hələ məlum deyil".

Şəkidəki zəlzələ və qonşu rayonlarda hiss edilən təkanlarla əlaqədar "Ata Sığorta", “Azsığorta”, “Azərsıgorta” şirkətlərinə isə hələ müraciətlər daxil olmayıb. (Trend)


Teqlər:  





Xəbər lenti