Xidmətçi evdən 30 min oğurlayıb

Xidmətçi evdən 30 min oğurlayıb
  05 Sentyabr 2015    Oxunub:1873
Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az - a verilən xəbərə görə, paytaxtın Süleyman Rüstəm küçəsində yaşayan Aidə İbrahimovanın evindən 30 min manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu oğurlamaqda şübhəli bilinən mənzildə xidmətçi işləyən, Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva tutulub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti