Hacı Madər niyə 6-cı dəfə deputat olmaq istəyir?
“Artıq namizədliyimi vermişəm. İnşallah görək necə olacaq”-deyə millət vəkili bildirib.
O, nə üçün 6-cı dəfə deputat olmaq istəməsi ilə bağlı suala cavabında bildirib ki, həm seçicilərinin, həm də öz arzusunu reallaşdırmaq fikrindədir.
Qeyd edək ki, Madər Musayev ilk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra 1995, 2000, 2005, 2010-cu illərdə dalbadal Milli Məclisin deputatı olub.
M.Musayev Milli Məclisdə 20 ildir təmsil olunan 14 deputatdan biridir.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


