Metroda intihar edən şəxsin kimliyi bilindi -FOTOLAR (Yenilənib)

Metroda intihar edən şəxsin kimliyi bilindi -FOTOLAR (Yenilənib)
  05 Sentyabr 2015    Oxunub:104986
Bakı metrosunda faciəli hadisə baş verib.
AzVision.az xəbər verir ki, hadisə bu gün `28 May` stansiyasında baş verib. Belə ki, 18-20 yaşında bir oğlan özünü qatarın altına atıb.

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. O, qeyd edib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb.

`Həmin şəxsin kimliyi hələ müəyyən edilməyib. Hazırda cəsədi qatarın altından çıxarılır`

Xatırladaq ki, hazırda həmin stansiyaya giriş bağlanıb. Sərnişinlər çıxarılır. Ölən şəxsin kimliyi məlum deyil.

***

Yayılan son məlumatlara görə Metropolitenin üç stansiyası - `28 Nay`, `Sahil` və `İçərişəhər`də girişlər bağlanılıb. Həmin istiqamətdə qatarların da hərəkəti dayandırılıb.

***

İntihar edən şəxsin cəsədi qatarın altından çıxarılandan sonra hərəkət bərpa edilib. Meyit hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində qatarın bir hissəsi tuneldə qaldığından bəzi sərnişinlərin səhhətində problem yaranıb. Onlara tibbi yardım etmək üçün əraziyə 3 təcili tibbi yardım maşını cəlb olunub.

Sərnişinlər tuneldən çıxarıldıqdan sonra onlara ilkin tibbi yardım göstərilib.

***

Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir.

Hazırda fakt üzrə araşdırma aparılır.











Anar Kəlbiyev,
Fotolar: Elvin Abdulla



Teqlər:  



Xəbər lenti