“Füzuli Ələkbərov aylardır maaşları vermir” - Olimpiya çempionu

“Füzuli Ələkbərov aylardır maaşları vermir” - Olimpiya çempionu
  05 Sentyabr 2015    Oxunub:6240
Ötən gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib.
SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasının yeni prezident təyin edilib. Bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Dünən iclasda iştirak edən Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov AzVision.az-a açıqlamasında Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident seçilməsinin doğru seçim olduğunu bildirib.

Olimpiya çempionu bildirib ki, idmançılar hələ 2009-cu ildən Füzuli Ələkbərovdan şikayətçi idilər: “Düşünürəm ki, bundan sonra məşq proseslərimizdə heç bir problem olmaz. Sonuncu dəfə idmançılarımızla Astanada dünya çempionatına getmişdim. Elə də hazır deyildilər. Bundan sonra problem olmaz və məşqlərə daha ürəklə qatılarlar”.

İdmançıların maaş probleminə gəlincə, N.Hüseynov bildirib ki, cüdoçular hələ də maaşlarının hamısını ala bilməyib: “İdmançıların bir neçə aylıq və həvəsləndirici maaşları qalıb. Gələn həftə Rövnəq müəllimin başçılığı ilə iclas keçiriləcək və yəqin ki, maaşlar orada veriləcək. Həmçinin iclasda məşqçilər də dəyişiləcək. Belə ki, məşqçinin idmançı olacağı deyilir. Amma kimin olacağı barədə dəqiq məlumatım yoxdur”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti