`Əməlli-başlı hədə qorxu gəlib` - Novruz Məmmədov

`Əməlli-başlı hədə qorxu gəlib` - Novruz Məmmədov
  05 Sentyabr 2015    Oxunub:2963
“Prinsipial mövqe nümayiş etdirən baş nazir Kemeron kimi olar. Müstəqillik iddiasında olan Kataloniyaya əməlli-başlı hədə qorxu gəlib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində Böyük Britaniya baş nazirinin Kataloniyanın İspaniyanın tərkibindən çıxacağı halda Aİ-dən uzaqlaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, fikrini belə davam etdirib: “Amma cənab Kemeron görünür, Bako Saakyanın Londona səfərini, görüşlərini və çıxışlarını normal hesab edir. Yəqin Kataloniya çıxsa, əvəzinə Avropa İttifaqına qondarma “Dağlıq Qarabağ Respublikasını” qəbul etmək niyyətləri var”,- deyə Novruz Məmmədov bildirib.


Teqlər:  



Xəbər lenti