Cüdo Federasiyasına yeni rəhbər təyin olundu

Cüdo Federasiyasına yeni rəhbər təyin olundu
  04 Sentyabr 2015    Oxunub:1073
Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilir. İslacda federasiyaya yeni rəhbər təyin olunacaq.
Federasiyadan AzVision.az-a verilən məlumata görə, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunacaq.

Federasiyada bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra federasiyanın fəaliyyəti davam edəcək və kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti