Ermənistanda işıq kəskin bahalaşır

Ermənistanda işıq kəskin bahalaşır
  13 İyun 2013    Oxunub:1170
İyulun 7-dən Ermənistanda elektrik enerjisinin qiyməti 26,7% qalxacaq. Gecə saatları üçün isə artım 40% təşkil edəcək. Bu barədə «News.am» saytı xəbər yayıb.
Sayt qeyd edir ki, ölkədə istehsal olunan enerjinin 28,1%-i istilik, 36,2%-i su, 25,6%-i atom elektrik stansiyasının payına düşür. Təbii qazın bahalaşması ilə bağlı istilik elektrik stansiyalarında istehsal olunan enerjinin maya dəyəri artıb. Amma ümumi enerji balansında onun payı çox olmadığı üçün elektrikin bu dərəcədə bahalıaşmasının səbəbini anlamaq mümkün deyil.

Yerli ekspertlər bərpa olunan enerji növlərinə keçməyin vacibliyini qeyd edir, amma bununla belə, bildirilər ki, həmin layihələri reallaşırmaq üçün ölkənin kifayət qədər maliyyəsi yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti