`Cəmil Həsənlinin qulağına bir adam pıçıldasın ki…` - Elşən Musayev
Bu fikirləri politoloq Elşən Musayev “Milli Şura”nın sədri Cəmil Həsənlinin Parlament seçkilərində iştirak etməmək haqda aldığı qərarı şərh edərkən söyləyib.
“Öz də “Azadlıq” qəzetinə tapşırıq verilib ki, kişinin adının əvvəlinə mütləq professor sözü yazılsın. Təqdimat daha rəngli olsun deyə. Bir vaxtlar Lalə Şövkətin də nümayəndələri elə edərdi. Efirə, mediaya çıxan bütün laləsevərlərə, ALP üzvlərinə elə Lalə xanımın özü tərəfindən ciddi təlimat verilmişdi ki, bəs “professor”suz olmasın ha...
Amma burda təəccüblü bir şey də yoxdur. Əgər Kərimli “Azadə”, “Elton”, “Güldəstə” adı ilə yazılar yazırsa + həmin yazılar içində öz tərəfindən özü müxalifət lideri kimi təqdim olunursa ta başqasına, ətrafdakına nə deyəsən? Əgər Əli - Cəmil cütlüyü hakimiyyətin başını buraxaraq 24 saat boyunca Rauf Arifoğlu və “Yeni Musavat”la uğraşırsa, bu qarşıdurmanın fonunda seçki unudulursa o zaman əlahəzrət məntiqin diktə elədiyi proseslərdən başqa nə umasan? Təbii, heç nə. Adamlar zatən “hava”ya giriblər, hallusinasiya mərhələsinə qədəm qoyublar. Üstəlik, beyinlərindəki bütün xəttlər, naqillər də qarışıb. Durmadan tüstü verirlər. Söhbət bax budur” – deyə Partiya sədri fikirlərinə davam edib. (7News.az)
Teqlər: