Habil Əliyev komadan çıxa bilməyib

Habil Əliyev komadan çıxa bilməyib
  06 Sentyabr 2015    Oxunub:3674
Xalq artisti Habil Əliyevin səhhətində irəliləyiş yoxdur.
AzVision.az-ın məlumatına görə, tanınmış sənətkarın bacısı qızı Lent.az-a bildirib ki, Habil Əliyev hələ də sentyabrın 2-də düşdüyü vəziyyətdən-komadan çıxa bilməyib və onun səhhətində hər hansı müsbət dəyişiklik nəzərə çarpmır.

Qeyd edək ki, kamança ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.


Teqlər:  



Xəbər lenti