Papa qaçqınlarla bağlı çağırış etdi

Papa qaçqınlarla bağlı çağırış etdi
  07 Sentyabr 2015    Oxunub:2127
Roma Papası Fransisk Avropanın hər bir katolik prixodunu bir qaçqın ailəsinə sığınacaq verməyə çağırıb.
Papa Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib.

"Hər bir prixod, hər bir dini icma, hər bir monastır, hər bir sığınacaq bir qaçqın ailəsinə yiyə durmalıdır", - deyə pontifik bildirib.

Xatırladaq ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kəskin miqrant axını üzündən miqrant böhranı yaranıb.

Bu il Avropa Birliyi ölkələrinə yüz minlərlə qaçqın gəlib. Yalnız keçən şənbə Münhen vağzalına 7 min nəfər gəlib.

Hazırda Balkan ölkələrindən - Yunanıstan, Makedoniya və Serbiyadan keçməklə Macarıstanın cənub sərhədlərinə yeni miqrant partiyası gəlir.


Teqlər:  



Xəbər lenti